Şimali Koreya növbəti raket buraxılışı həyata keçirib - YENİLƏNİB

Şimali Koreya növbəti raket buraxılışı həyata keçirib  - YENİLƏNİB
# 27 yanvar 2022 05:00 (UTC +04:00)

KXDR ordusunun buraxdığı raketlər yaxınmənzillidir.

APA-nın Kyodo agentliyinə istinadla xəbərinə görə, onlar Xamqyon Namdo əyalətində istehsal olunub. Raketlər Yapon dənizində Yaponiyanın iqtisadi zonasından kənara düşüb.

***

03.52

Koreya Xalq Demokratik Respublikası Yapon dənizi istiqamətində 2 naməlum mərmi buraxıb.

APA-nın xəbərinə görə, bu barədə Yonhap agentliyi cənubi Koreya ordusundakı mənbəyə istinadla xəbər yayıb.

Qeyd edək ki, bu il başlayandan KXDR-in 6-cı raket sınağıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR