Şimali Koreya nüvə silahına malik sualtı pilotsuz vasitələri sınaqdan keçirib

Şimali Koreya nüvə silahına malik sualtı pilotsuz vasitələri sınaqdan keçirib
# 24 mart 2023 05:29 (UTC +04:00)

Şimali Koreya yeni pilotsuz sualtı nüvə silah sistemini sınaqdan keçirib.

APA-nın xəbərinə görə, bu barədə Cənubi Koreyanın Yonhap agentliyi KXDR mətbuatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, strateji nüvə silahlarının sınağı və Şimali Koreya lideri Kim Çen Inın rəhbərliyi altında martın 21-dən 23-dək qanadlı raketlərlə təlimlər keçirilib. Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, bu hərəkətlər “düşməni real nüvə böhranı barədə xəbərdar etmək və nüvə qüvvələrinin özünümüdafiə üçün etibarlılığını yoxlamaq” üçün nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR