Şimali Koreya ordusu 3 raket buraxıb - YENİLƏNİB-2

Şimali Koreya ordusu 3 raket buraxıb  - YENİLƏNİB-2
# 25 may 2022 07:30 (UTC +04:00)

KXDR ordusu 3 raket buraxılışı həyata keçirib.

APA-nın Yonhapa istinadla xəbərinə görə, bu barədə Koreya Respublikasının Gərargah Rəisləri Komitəsinə istinadla məlumat yayıb. Komitədən bildirilib ki, raketlər Pxenyan yaxınlığındakı bazadan buraxılıb. 1 ballistik və 1 qitələrarası raket Yapon dənizinə düşüb. Bir raketin buraxılışı isə uğursuz olub. O, 20 km yüksəkliyə qalxdıqdan sonra yoxa çıxıb.

***

02.28

KXDR Yapon dənizi istiqamətində daha bir ballistik raket buraxıb.

APA-nın xəbərinə görə, bu barədə Yonhap agentliyi Cənubi Koreya ordusundakı mənbəyə istinadla məlumat yayıb.

Agentliyin hesablamasına görə, il başlayandan Pxenyan 16 raket buraxılışı həyata keçirib.

***

02.08

Şimali Koreyadan atılan ballstik raket Yapon dənizinə düşüb

APA-nın xəbərinə görə, bu barədə Yaponiya mətbuatı məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR