Şimali Koreya Rusiyaya silah satılması xəbərini təkzib edib

 Şimali Koreya Rusiyaya silah satılması xəbərini təkzib edib
# 22 sentyabr 2022 06:26 (UTC +04:00)

Koreya Xalq Demokratik Respublikası Rusiyaya silah satılmasına dair xəbərləri təkzib edib.

APA-nın xəbərinə görə, bu barədə rəsmi KCNA agentliyi məlumat yayıb.

Agentliyə müsahibə verən Müdafiə Nazirliyi rəsmisi bildirib ki, Şimali Koreya heç zaman Rusiyaya silah-sursat satmayıb və bundan sonra da satmayacaq.

Qeyd edək ki, 2 həftə əvvəl Ağ Ev Rusiyanın Pxenyandan artilleriya qurğuları və raket aldığını iddia etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR