Şimali Koreyada daha 263 min nəfərdə qızdırma simptomu aşkarlanıb

Şimali Koreyada daha 263 min nəfərdə qızdırma simptomu aşkarlanıb
# 19 may 2022 06:16 (UTC +04:00)

KXDR-də son sutkada daha 263 000 nəfərdə qızdırma əlamətləri aşkar edilib.

APA-nın Yonhap agentliyinə istinadla xəbərinə görə, ayın əvvəlindən bu simptoma yoluxanların sayı 1,97 milyon nəfərdir.

Yoluxanlardan 1,23 milyon nəfər sağalıb, təxminən 740 min nəfər müalicə olunur. Ötən sutkada 1 nəfər vəfat edib və ölənlərin sayı 63 nəfərə çatıb.

Yonhap agentliyi bildirir ki, kütləvi Covid-19 testi götürmək mümkün olmadığı üçün yalnız simptomlu xəstələr uçota alınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR