Sinan Oğan Ərdoğanın Azərbaycanla bağlı siyasətini hər zaman dəstəklədiyini bildirib

Sinan Oğan Ərdoğanın Azərbaycanla bağlı siyasətini hər zaman dəstəklədiyini bildirib
# 26 may 2023 15:28 (UTC +04:00)

Sinan Oğan Rəcəb Tayyib Ərdoğanın Azərbaycanla bağlı siyasətini hər zaman dəstəklədiyini açıqlayıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə, o, “CNN Türk”ə müsahibəsində bildirib.

O, Ərdoğan bununla bağlı mövqeyinin doğru olduğunu vurğulayıb.

Bundan əlavə, Sinan Oğan, Azərbaycan Prezidenti İlham Əliyevin ona zəng etməsi ilə bağlı iddiaların yalan olduğunu da qeyd edib: “Türkiyə, Azərbaycanın, Azərbaycanda Türkiyənin daxili işlərinə qarışa bilməz”.

Siyasətçi, həmçinin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı ikinci turda dəstəkləməsi əvəzinə heç bir vəzifə tələbinin olmadığını da vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR