Sindzo Abe dəfn edilib

Sindzo Abe dəfn edilib
# 12 iyul 2022 18:00 (UTC +04:00)

Yaponiyanın sabiq Baş naziri Sindzo Abe bu gün dəfn edilib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, əvvəlcə Tokionun ən qədim məbədlərindən sayılan Dzodzyodzidə məhdud sayda insanın iştirakı ilə mərasim keçirilib.

Buna baxmayaraq sabiq Baş nazirlə vidalaşmaq üçün məbədə yüzlərlə insan gəlib.

Daha sonra Sindzo Abenin nəşi paytaxtın küçələrində gəzdirilib.

Sindzo Abe Tokionun dəfn zallarından birində kremasiya olunub. Ölkədə dövlət bayraqları endirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR