Sindzo Abenin qatilinin işi prokurorluğa qaytarılıb

Sindzo Abenin qatilinin işi prokurorluğa qaytarılıb
# 07 yanvar 2023 08:40 (UTC +04:00)

2022-ci ilin iyulunda Yaponiyanın keçmiş Baş naziri Şindzo Abeni qətlə yetirməkdə təqsirləndirilən 42 yaşlı Tetsuya Yamaqaminin işi silah alveri ilə bağlı qanunun pozuntusuna görə prokurorluğa qaytarılıb.

Bu barədə APA Kyodo News-a istinadən xəbər verir.

Həbs edildikdən sonra Yamaqami ekspertizaya göndərilib və bu zaman onun hüquq qabiliyyətinin müəyyən edilməsi üçün psixiatrik ekspertiza keçirilib. Ekspertiza proseduru yanvarın 10-da başa çatacaq. Bundan sonra prokurorluğun onu qətldə və silah dövriyyəsi haqqında qanunu pozmaqda ittiham edəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR