Sindzo Abenin rəsmi dəfn mərasiminin vaxtı məlum olub

Sindzo Abe

© APA | Sindzo Abe

# 27 sentyabr 2022 01:54 (UTC +04:00)

Yaponiyanın qətlə yetirilmiş sabiq baş naziri Sindzo Abenin rəsmi dəfn mərasimi çərşənbə axşamı Tokioda keçiriləcək.

APA-nın xəbərinə görə, mərasimə dəvət edilmiş 4 300 nəfərin 700-ü əcnəbidir.

Mərasimə dəvət edilənlər arasında ABŞ-ın Vitse-prezidenti Kamala Harris, Hindistanın Baş naziri Narendra Modi, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel də yer alır.

Keçmiş baş nazir hərbi mıərasimlə dəfn ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR