Sinqapurda ABŞ və Çin müdafiə nazirləri arasında qısa danışıq olub

Sinqapurda ABŞ və Çin müdafiə nazirləri arasında qısa danışıq olub
# 02 iyun 2023 18:10 (UTC +04:00)

ABŞ müdafiə nazir Lloyd Ostinin çinli həmkarı Li Şanqfu ilə qısa danışığı olub.

APA "France24"ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü briqada generalı Pat Rayder açıqlamasında bildirib.

Pentaqon sözçüsü deyib ki, Ostin və Li Sinqapurda Şanqri-La Dialoqunun açılış şam yeməyində qısa danışıblar.

"İki lider əl sıxdı, lakin əhəmiyyətli fikir mübadiləsi olmadı", - o deyib.

Rayder əlavə edib ki, Pentaqon kommunikasiya xətlərinin açıq saxlanmasının vacibliyinə inanır: "ABŞ münasibətləri məsuliyyətlə idarə etmək üçün bir çox səviyyələrdə mənalı hərbi müzakirələrə davam edəcək".

Qeyd edək ki, ABŞ Sinqapurda keçirilən Şanqri-La Dialoqu çərçivəsində Çin müdafiə naziri Li-ni Ostinlə görüşməyə dəvət etmişdi, lakin Çin bundan imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR