Somalidə yeni prezident seçilib

Həsən Şeyx Mahmud

© APA | Həsən Şeyx Mahmud

# 16 may 2022 03:30 (UTC +04:00)

Somali parlamenti Həsən Şeyx Mahmudu ölkənin yeni prezidenti seçib.

APA xəbər verir ki, bu barədə “Somali Guardian” portalı səsvermənin ilkin nəticələrinə istinadən məlumat yayıb.

Mayın 15-də Somalinin paytaxtında prezident seçkilərinin keçirildiyi hava limanında anqar minaatanlardan atəşə tutulub. Atışma səsvermənin birinci turu başa çatdıqdan dərhal sonra və bülletenlərin hesablanmasından əvvəl baş verib.

2012-2017 illərdə Somalinin prezidenti olmuş Həsən Şeyx Mahmud 2011-ci ildə “İslam demokratiyası” mövqelərinə sadiq qalan Sülh və İnkişaf Partiyasını yaradıb və ona rəhbərlik edib.

O, 2012-ci il sentyabrın 10-da parlamentin iclasında prezident seçilib.

Həsən Şeyx Mahmud 4 il müddətinə Somalinin prezidenti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR