Şri-Lanka parlamenti prezidentin istefa verdiyini açıqlayıb

Şri-Lanka parlamenti prezidentin istefa verdiyini açıqlayıb
# 15 iyul 2022 08:31 (UTC +04:00)

Şri-Lanka Prezidenti Qotabaya Racapaksanın istefası rəsmi şəkildə təsdiqlənib.

APA Şri-Lankanın “News First” xəbər portalına istinadən xəbər verir ki, bu barədə Kolomboda keçirdiyi mətbuat konfransında Şri-Lanka parlamentinin sədri Mahinda Yapa Abeivardena deyib.

“Qotabaya Racapaksa 2022-ci il iyulun 14-də vəzifəsindən rəsmən istefa verdi”, - spiker bildirib.

Parlamentinin sədri Şri-Lanka Prezidentinin imzaladığı istefa ərizəsini təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR