Şri-Lanka prezidenti baş nazirin istefasını qəbul edib

Şri-Lanka prezidenti baş nazirin istefasını qəbul edib
# 10 may 2022 07:33 (UTC +04:00)

Şri-Lanka prezidenti Qotabaya Rajapaksa baş nazir Mahinda Rajapaksa istefasını qəbul edib.

APA xəbər verir ki, bu barədə Şri-Lankanın “Daily Mirror” qəzeti məlumat yayıb.

Müvafiq bildiriş ada dövlət başçısının katibliyi tərəfindən dərc edilib.

Qeyd edək ki, Şri-Lankada hökumət əleyhinə etiraz aksiyaları davam edir.

Etirazlar zamanı 5 nəfər ölüb. Ümumilikdə 150-yə yaxın insan yaralanıb.

Adada komendant saatı mayın on birinə qədər uzadılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR