Statusu dəyişdiriləndən bəri Kəşmirdə 4 mindən çox insan saxlanılıb

Statusu dəyişdiriləndən bəri Kəşmirdə 4 mindən çox insan saxlanılıb
  • Clock-gray 06:55
  • calendar-gray 19 Avqust 2019

Hindistanın nəzarətində olan Cammu və Kəşmirin avqustun əvvəlindən statusunun dəyişdirilməsindən bəri birlik ərazilərində azı 4 min insan saxlanılıb.

APA xəbər verir ki, bu barədə “France Presse” agentliyi Hindistanın hökumət mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, saxlanma tədbirləri ictimai təhlükəsizlik haqqında qanuna əsasən həyata keçirilib. Bu qanunverici akt hakimiyyət nümayəndələrinə saxlanılan şəxsi məhkəmə olmadan iki il müddətinədək həbs etməyə imkan verir.

“Saxlanılanların əksəriyyəti həbsxanaların dolması səbəbindən təyyarə ilə Kəşmirdən aparılıb”, - deyə agentlik hindistanlı hakimlərin sözlərindən sitat gətirib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date