Stoltenberq: Pekin Rusiyanın Ukraynada apardığı müharibəni yaxından izləyir

NATO Baş katibi Yens Stoltenberq

© APA | NATO Baş katibi Yens Stoltenberq

# 31 yanvar 2023 14:11 (UTC +04:00)

"Pekin Rusiyanın Ukraynada apardığı müharibəni yaxından izləyir".

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Yaponiya Baş naziri Fumio Kişida ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Pekin bu müharibəni yaxından izləyir və gələcəkdə verəcəyi qərarlara təsir edə biləcək dərslər öyrənir.

“Bu gün Avropada baş verənlər sabah Şərqi Asiyada baş verə bilər.

Ona görə də biz azadlığın, demokratiyanın uğurunda qətiyyətli və həmrəy olmalıyıq", - Stoltenberq bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR