Stoltenberqin Asiya ölkələrinə səfəri başlayıb

Stoltenberqin Asiya ölkələrinə səfəri başlayıb
# 30 yanvar 2023 08:11 (UTC +04:00)

NATO-nun baş katibi Yens Stoltenberqin Asiya ölkələrinə səfəri başlayıb.

APA xəbər verir ki, Baş katib ilk olaraq Cənubi Koreyada bu ölkənin xarici işlər naziri Park Jin ilə görüşüb.

Stoltenberq NATO-nun Şimali Koreyanın raket sınaqları və nüvə silahı proqramından narahat olduğunu bildirib.

Ukraynadakı müharibənin Asiya ölkələrinə təsirindən danışan Stoltenberq, bu istiqamətdə Alyansla qitə ölkələri arasında sıx bağlılığa diqqət çəkib.

Park Jin isə çıxışında ölkələr arasında qanunun aliliyindən danışıb.

“Bu günlərdə üzləşdiyimiz görünməmiş qlobal çağırışları nəzərə alaraq, biz inanırıq ki, azadlıq, demokratiya və qanunun aliliyi, ölkələr arasında həmrəylik hər zamankından daha vacibdir”, - deyə XİN başçısı bildirib.

Stoltenberqin Cənubi Koreyaya prezidenti Yun Sok Yol və milli müdafiə naziri Li Conq-Sup ilə görüşü də nəzərdə tutulub.

Baş katibin sabah Yaponiyada bu ölkənin baş naziri Fumio Kişida ilə görüşü planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR