Süleyman Soylu zəlzələ bölgəsinə cəlb edilən polis və jandarma sayını açıqlayıb

Süleyman Soylu zəlzələ bölgəsinə cəlb edilən polis və jandarma sayını açıqlayıb
# 07 fevral 2023 18:49 (UTC +04:00)

Zəlzələ bölgəsinə 18 min jandarma, 10 min polis cəlb olunub. Daha 10 min jandarma da cəlb olunacaq.

APA-nın Türkiyədə zəlzələ bölgəsinə ezam olunan müxbiri xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

O bildirib ki, vətəndaşların təhlükəsizliyi qorumaqla yanaşı, axtarış işləri aparılır: “Bundan başqa, zəlzələ ərazisinə 31 vali, 70 kaymakam da cəlb edilib. İndiyə qədər Kahramanmaraşa 11 min çadır gətirmişik, ondan 5 mini artıq quraşdırılıb”.

Nazir bildirib ki, Kahramanmaraşda artıq iki mobil kəndin qurulması üzərində çalışılır: “Artıq xəstəxanalar elektrik enerjisi ilə təmin edilir. Qaz təchizatımızda isə problem hələ də qalır. 74 min nəfər insanın qidalanması üçün yemək hazırlatmışıq. Bunu daha da artıracağıq. Dağılan binanın çox olması işlərimizi bir az çətinləşdirir. Biz vətəndaşlarımızı tək buraxmayacağıq".

Nazir bildirib ki, burada baş verən hadisələr anbaan dövlət başçısına məruzə edilir.

“Millətimizin qarşısında heç zaman utanmadıq, bu gün də utanmayacağıq. Hazırda çətinliklərimiz var. Bunun üçün çox işləyirik. Zamanla mübarizə aparırıq. Vətəndaşların bizə, bizim də onların dəstəyinə ehtiyacımız var. İnşallah, millətimizin qarşısında utanmarıq", - Süleyman Soylu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR