Suriya Ukrayna ilə diplomatik münasibətləri kəsib

Suriya Ukrayna ilə diplomatik münasibətləri kəsib
# 20 iyul 2022 10:39 (UTC +04:00)

Suriya Ukrayna ilə diplomatik münasibətləri kəsib.

APA SANA agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyindəki rəsmi mənbə bildirib.

Bildirilib ki, Suriya Ərəb Respublikası Ukrayna hökumətinin bununla bağlı qərarına cavab olaraq qarşılıqlılıq prinsipi əsasında Ukrayna ilə diplomatik əlaqələri kəsmək qərarına gəlib.

Mənbə onu da bildirib ki, Ukrayna hökuməti 2018-ci ildən Suriyanın Kiyevdəki səfirliyində çalışan suriyalı diplomatların rezidentlik vizalarını yeniləməkdən imtina etdikdən sonra Ukrayna hökuməti Suriya ilə əlaqələri praktiki olaraq kəsib.

Qeyd edək ki, bir müddət əvvəl Suriya qondarma "DXR" və "LXR"in müstəqilliyini tanıdığını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR