Suriya XİN: İran və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin bərbası regionda sabitliyi gücləndirəcək

İran - Səudiyyə Ərəbistanı

© APA | İran - Səudiyyə Ərəbistanı

# 11 mart 2023 13:05 (UTC +04:00)

İranla Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin bərpası regionda sabitliyi gücləndirəcək.

APA xəbər verir ki, bu barədə “Syrian Arab News Agency – S A N A” agentliyi Suriya XİN-in bəyanatına istinadən məlumat yayıb.

Suriya Xarici İşlər Nazirliyi (XİN) İran və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin bərpasına dair əldə olunan razılaşmanı alqışlayır.

Rəsmi Dəməşq həmçinin Tehran və Ər-Riyadın razılaşmalar əldə etməsi üçün Çin rəhbərliyinin göstərdiyi səyləri də vurğulayıb: "Bu mühüm addım Yaxın Şərqdə təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə xidmət edəcək, iki dövlətin və bütün region xalqlarının maraqları naminə əməkdaşlığa kömək edəcək".

Qeyd edək ki, dünən İranın “Tasnim” agentliyi İran və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin bərpasına dair razılaşma və iki ay ərzində səfirliklərin açılması planları barədə məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR