Suriyada avtobusda törədilən terror aktı nəticəsində 3 nəfər ölüb

Suriyada avtobusda törədilən terror aktı nəticəsində 3 nəfər ölüb
# 02 iyun 2022 21:46 (UTC +04:00)

Suriyanın şərqində Deyr əz-Zor əyalətində bir qrup terrorçunun avtobusa hücumu nəticəsində 3 nəfər ölüb, azı 21 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Suriyanın SANA xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, silahlı hücum vilayətin cənubundakı Əş-Şula bölgəsində həyata keçirilib.

Ölən və yaralananlar mülki şəxslərdir.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Yaralılara lazımi tibbi yardım göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR