Suriyada İŞİD terrorçuları həbsxanadan qaçıb

Suriyada İŞİD terrorçuları həbsxanadan qaçıb
# 20 yanvar 2022 23:45 (UTC +04:00)

Aralarında İŞİD terrorçularının da olduğu 20 dustaq Hasəkə şəhərindəki Əs-Sənəviyə həbsxanasından qaçıb.

APA-nın xəbərinə görə, bu barədə Beyrutun “Al Mayadeen” kanalı məlumat verib. Məlumata görə, terrorçuların qaçmasına kömək edən şəxslər həbsxananın qarşısında 2 minalanmış avtomobil partladıblar.

Paytaxtdan 630 kilometr məsafədəki həbsxanadan qqaçanların axtarışına ABŞ ordusunun helikopterləri də cəlb olunub.



#
#

ƏMƏLİYYAT İCRA OLUNUR