Suriyada zəlzələ nəticəsində 300 minə yaxın insan evini tərk edib

Suriya zəlzələ

© APA | Suriya zəlzələ

# 08 fevral 2023 17:49 (UTC +04:00)

Suriyada baş vermiş güclü zəlzələ nəticəsində 300 minə yaxın insan evini tərk edib.

APA SANA-ya istinadən xəbər verir ki, bu barədə Suriyanın yerli administrasiya və ətraf mühit naziri Hüseyn Maxluf (Hussein Maxlouf) bildirib.

Nazir qeyd edib ki, şiddətli zəlzələ nəticəsində evlərini tərk etməyə məcbur olan şəxslər üçün dövlət tərəfindən 180 sığınacaq təşkil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR