Suriyada zəlzələdə ölənlərin sayı 1060-a çatıb - YENİLƏNİB-6

Suriyada zəlzələdə ölənlərin sayı 1060-a çatıb - YENİLƏNİB-6
# 06 fevral 2023 22:00 (UTC +04:00)

Suriyada zəlzələdə ölənlərin sayı artıb.

APA Əl-Ərəbiyyə telekanlına istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində ölənlərin sayə 1060 nəfər olub.

Suriya Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, 2400 nəfər yaralanıb.

Hazırda axtarış-xilasetmə işləri davam edir, zərərçəkənlərin sayı arta bilər.

Qeyd edək ki, Türkiyədə baş verən zəlzələ qonşu Suriyada da dağıntı və tələfatla nəticələnib.

***

Saat 20:53

Türkiyədə baş verən zəlzələ qonşu Suriyada da dağıntı və tələfatla nəticələnib.

APA xəbər verir ki, Suriya Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, zəlzələdə ölənlərin sayı 538-ə çatıb.

***

Saat 18:56

Türkiyədə baş verən zəlzələ qonşu Suriyada da dağıntı və tələfatla nəticələnib.

APA xəbər verir ki, Suriya Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, zəlzələdə ölənlərin sayı 461-ə çatıb.

Təbii fəlakət zamanı daha 1326 nəfərin yaralandığı bildirilir.

***

17:53

Türkiyədə baş verən zəlzələ qonşu Suriyada da dağıntı və tələfatla nəticələnib.

APA xəbər verir ki, Suriya Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, zəlzələdə ölənlərin sayı 430-a çatıb.

Təbii fəlakət zamanı 1300-dən çox insanın yaralandığı bildirilir.

***

11:48

Suriyada güclü zəlzələdə ölənlərin sayı artmağa davam edir.

APA xəbər verir ki, Suriya dövlət televiziyası zəlzələ nəticəsində ölənlərin sayının 427-yə çatdığı barədə məlumat yayıb.

Xəbərdə 600 nəfərin yaralandığı bildirir.

***

10.26

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 237-yə çatıb.

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə Suriya Səhiyyə Nazirliyi məlumat yayıb.

Zəlzələ zamanı yaralananların sayı 639-a çatıb.

Xatırladaq ki, Türkiyədə 7,4 bal gücündə baş verən zəlzələ qonşu Suriyada da ciddi dağıntılara yol açıb.

***

09:36

Suriyada da zəlzələ nəticəsində ölən və xəsarət alanların sayı çoxalıb.

APA-nın “Anadolu”ya istinadən xəbərinə görə, Suriyanın Türkiyə ilə sərhəd yaşayış məntəqələrindən olan Azaz və Əl-Bab şəhərlərində ölənlərin sayı 100-ü keçib.

Zəlzələ nəticəsində xəsarət alanlar isə 334 nəfərdir. Hazırda dağıntıların altında qalan şəxslərin xilas edilməsi istiqamətində işlər aparılır.

Səlcuq Elçin

***

08:18

Türkiyədə baş verən zəlzələ qonşu Suriyada da dağıntı və tələfatla nəticələnib.

APA-nın Frans-Presə istinadla xəbərinə görə, Suriyanın Türkiyə ilə sərhəd yaşayış məntəqələrində onlarla tikili dağılıb. Azaz və Əl Bab şəhərlərində ilin məlumata görə azı 42 nəfər ölüb. Ölənlərin və xəsarət alanların sayının artacağı istisna edilmir.

Suriya Dövlət Televiziyası Latakiya və Hamada çox sayda binanın dağıldığını xəbər verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR