Suriyadan Türkiyəyə atılan raket nəticəsində 7 polis yaralanıb - YENİLƏNİB

Suriyadan Türkiyəyə atılan raket nəticəsində 7 polis yaralanıb - YENİLƏNİB
# 20 noyabr 2022 21:00 (UTC +04:00)

Suriyadan Türkiyənin Kilis əyalətinin Öncüpınar sərhəd-keçid məntəqəsinə atılan raket nəticəsində yaralananların sayı artıb.

APA Türkiyə mediasına istinadən xəbər verir ki, hücumda 7 polis əməkdaşı yaralanıb.

Xəsarət alanlar xəstəxanaya aparılıb.

***

Saat 18:41

Türkiyənin Kilis əyalətinin Öncüpınar sərhəd-keçid məntəqəsi Suriya ərazisindən raket atəşinə tutulub.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə yerli media məlumat yayıb.

İlkin məlumata görə, Suriyanın şimalından atılan raket nəticəsində 1 əsgər və 2 polis yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR