Suriyadan Türkiyəyə endirilən raket zərbələri zamanı ölənlərin sayı 3-ə çatıb - YENİLƏNİB

Suriyadan Türkiyəyə endirilən raket zərbələri zamanı ölənlərin sayı 3-ə çatıb - YENİLƏNİB
# 21 noyabr 2022 13:53 (UTC +04:00)

YPG/PKK terror təşkilatının üzvləri tərəfindən Suriyadan Türkiyənin Qaziantep əyalətinə atılan raket zərbələri zamanı ölənlərin sayı 3-ə çatıb.

APA-nın İstanbul müxbiri xəbər verir ki, daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında raketlərdən 4-nün rayon mərkəzindəki orta məktəb və iki evə düşdüyünü deyib.

O, həyatını itirənlər arasında uşaq və müəllimin olduğunu da açıqlayıb.

***

13:16

Türkiyənin Qaziantep əyaləti Suriya ərazisindən növbəti dəfə raket atəşinə tutulub.

APA-nın İstanbul müxbiri xəbər verir ki, YPG/PKK terror təşkilatının üzvləri tərəfindən atılan 4 raket rayon mərkəzindəki orta məktəb, iki evə və Karkamış sərhəd-keçid məntəqəsi yaxınlığında bir yük maşınına düşüb.

Qeyd olunub ki, hücum nəticəsində iki nəfər həlak olub, altı nəfər yaralanıb.

Yaralılardan ikisinin vəziyyəti ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR