Suriyanın şimalında 14 PKK/YPG terrorçusu məhv edilib

Suriyanın şimalında 14 PKK/YPG terrorçusu məhv edilib
# 28 noyabr 2022 11:38 (UTC +04:00)

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı antiterror əməliyyatları davam edir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda “Barış Pınarı” və “Zeytin Dalı” bölgələrində daha 14 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyi bildirilib.

Qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında “Fırat Kalkanı”, “Zeytin Dalı” və “Barış Pınarı” əməliyyatları çərçivəsində 6 il ərzində 16 min 913 terrorçu zərərsizləşdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR