Suriyanın şimalında yaradılacaq təhlükəsiz zonaya nəzarət üçün ABŞ və Türkiyə ortaq mərkəz yaradır

Suriyanın şimalında yaradılacaq təhlükəsiz zonaya nəzarət üçün ABŞ və Türkiyə ortaq mərkəz yaradır
# 13 avqust 2019 19:35 (UTC +04:00)

Suriyanın şimalında yaradılacaq təhlükəsiz zonaya nəzarət üçün ABŞ və Türkiyə ortaq mərkəz yaradır.

APA-nın Türkiyə Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, ABŞ-dan gələn 6 nəfərlik nümayəndə heyətinin də cəlb olunduğu Şanlıurfada yaradılacaq Müştərək Hərəkat Mərkəzinin infrastrukturunun qurulmasına başlanıb və Mərkəzin tez zamanda fəaliyyətə başlaması üçün işlər tam sürətlə davam edir.

Xatırladaq ki, 5-7 avqustda Türkiyə və ABŞ-dan olan hərbçilər Suriyanın şimalında təhlükəsiz zonanın yaradılması ilə bağlı görüşlər keçiriblər.

Keçirilən görüşlərin nəticəsi olaraq Suriyanın şimalında təhlükəsiz zonanın yaradılması barədə razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR