Süveyş kanalı yaxınlığında terror aktı baş verib, 11 hərbçi həlak olub - VİDEO

Misir ordusunun əsgəri

© APA | Misir ordusunun əsgəri

# 07 may 2022 20:50 (UTC +04:00)

Süveyş kanalının şərqindəki su stansiyasında terror hücumu olub.

APA xəbər verir ki, bu barədə “The Jerusalem Post” Misir ordusunun nümayəndəsinin bəyanatına istinadən məlumat yayıb.

Terror hücumunun qarşısını alarkən Misir ordusunun bir zabiti və 10 əsgəri həlak olub.

Daha beş nəfərin yaralandığı deyilir.

Misir ordusunun sözçüsü açıqlamasında bildirib ki, terrorçuların axtarışı aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR