Tacikistan sərhədində yaralanan Qırğızıstan vətəndaşlarının sayı 121-ə yüksəlib - YENİLƏNİB

Tacikistan sərhədində yaralanan Qırğızıstan vətəndaşlarının sayı 121-ə yüksəlib - YENİLƏNİB
# 17 sentyabr 2022 13:22 (UTC +04:00)

Tacikistanla sərhəddə toqquşmalar zamanı xəsarət alan Qırğızıstan vətəndaşlarının sayı 121-ə çatıb.

APA xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Hazırda atəşin dayandırılması ilə bağlı iki ölkə arasında danışıqların getdiyi bildirilir.

***

08:37

Tacikistanla sərhəddə toqquşmalar zamanı xəsarət alan Qırğızıstan vətəndaşlarının sayı 103-ə çatıb.

APA xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Yaralılardan onlardan 5-i ambulator müalicəyə göndərilib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, zərərçəkənlərin əsasən bədənin müxtəlif nahiyələrində qəlpə və güllə yaraları var.

Bundan əvvəl 24 nəfərin öldüyü, 87 nəfərin isə yaralandığı barədə məlumat verilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR