Tailand Covid-19-la bağlı məhdudiyyətləri ləğv edir 

Tailand Covid-19-la bağlı məhdudiyyətləri ləğv edir 
# 18 iyun 2022 02:46 (UTC +04:00)

Tailand koronavirusla bağlı son məhdudiyyətləri də aradan qaldırır.

APA xəbər verir ki, gələn həftədən açıq məkanlarda maskadan istifadə tələbi aradan qaldırılacaq. Əncəbilər üçün vaksin sertifikatı və ya mənfi nəticəli Covid-19 testi tələbi isə iyulun 1-dən ləğv ediləcək.

Hökumət bu mövsümdə tuizmi canlandırmaq istəyir. Cari ilin ilk rübündə ölkəyə 1,6 milyon əcnəbi turist gəlib. Halbuki pandemiyadan əvvəl ölkə ildə azı 40 milyon xarici turist qəbul edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR