Tailandda gecə klubunda yanğın 13 nəfərin ölümünə səbəb olub

Tailandda gecə klubunda yanğın 13 nəfərin ölümünə səbəb olub
# 05 avqust 2022 08:29 (UTC +04:00)

Tailandın cənubundakı Pattaya şəhərində gecə klubunda yanğın baş verib.

APA-nın “Le Matin” saytına istinadla xəbərinə görə, hadisə nəticəsində 13 nəfər ölüb, 41 nəfər xəsarət alıb.

Yerli polisin məlumatına görə, zərərçəkənlər arasında əcnəbi yoxdur. Səs izolyasiyası istifadə edilən penoplast divarlar yanğının miqyasının genişlənməsinə səbəb olub.

Qeyd edək ki, 1 yanvar 2009-cu ildə Banqkokda diskotekada baş verən yanğın 67 nəfərin ölümü ilə nəticələnmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR