Tailandda turizm mövsümünə görə karantin yumşaldılıb

  Tailandda turizm mövsümünə görə karantin yumşaldılıb
# 01 may 2022 08:24 (UTC +04:00)

Tailanda gələn vaksinasiya keçmiş şəxslər üçün PSR testi tələbi ləğv edilib.

APA-nın xəbərinə görə, bununla paralel olaraq vaksin olmayanların təcridolunma şərtləri də yüngülləşdirilib.

Bununla belə, ölkəyə gələn turistlər onlayn qeydiyyat sisteminə vaksin sertifikatını və 10 000 dollarlıq tibbi sığorta sənədini dəyükləməlidirlər.

Artıq peyvənd olunmuş şəxslərin öz hesabına oteldə qalaraq koronavirus testinin nəticələrini gözləməyə ehtiyac qalmayıb.

Ekspertlərin fikrincə, qaydaların yumşaldılmasında başlıca məqsəd turist cəlb etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR