Tailandda uşaq evinə silahlı hücumda ölənlərin sayı 38-ə çatıb - YENİLƏNİB - VİDEO

Tailandda uşaq evinə silahlı hücumda ölənlərin sayı 38-ə çatıb - YENİLƏNİB  - VİDEO
# 06 oktyabr 2022 16:10 (UTC +04:00)

Tailandda uşaq evinə silahlı hücum zamanı ölənlərin sayı 38-ə çatıb.

APA xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Hadisə Tailandın Naklanq şəhərində baş verib.

***

13:37

Tailandda uşaq evinə silahlı hücum zamanı ölənlərin sayı 36-ya çatıb.

APA Reuters agentliyinə istinadən xəbər verir ki, hadisəni törədən şəxs narkotik ittihamı ilə işdən qovulmuş keçmiş polis əməkdaşı olub. O uşaq evinə hücumla yanaşı, öz həyat yoldaşını və övladını öldürüb, daha sonra isə intihar edib.

Xatırladaq ki, Tailandın şimal-şərqindəki uşaq evində baş vermiş silahlı hücum nəticəsində ən azı 36 nəfər qətlə yetirilib ki, onların 24 nəfəri uşaqlardır. Ən azyaşlı qurbanın 2 yaşı olub.

Əlavə olaraq bildirilib ki, azı 12 nəfər də xəsarət alıb.

***

13:36

Tailandda uşaq evinə silahlı basqın olub, ölən və yaralananlar var.

APA “Anadolu”ya istinadən xəbər verir ki, hadisə bu gün baş verib.

İlkin məlumatlara görə ən azı 31 nəfər öldürülüb. Onların arasında uşaqlar da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR