Tailandın paytaxtı Banqkokun yaxınlığında yük maşınının furqona çırpılması nəticəsində 2 nəfər və min toyuq yanıb.
APA-nın “Nation” qəzetinə istinadən verdiyi xəbərə görə, yol qəzası yerli vaxtla gecə saat 3-də baş verib.
Qəza nəticəsində yük maşınının kabinində yanğın əmələ gəlib və avtomatik furqona keçib. Yük maşınının sürücüsü və onun sərnişini yanıb.
Furqonun daşıdığı 3 min toyuqdan mini də yanıb. Yük maşının yüksək sürətdə hərək etdiyi və qəzadan öncə əyləcə basmadığı məlum olub.
Polisin ehtimalına görə, yük maşınının sürücüsü yuxulu olub.