Taliban hava limanlarının istismarında BƏƏ ilə əməkdaşlıq edəcək

Molla Əbdül Qani Baradar

© APA | Molla Əbdül Qani Baradar

# 24 may 2022 12:06 (UTC +04:00)

Taliban Əfqanıstanda hava limanlarının istismarında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə əməkdaşlıq üçün saziş imzalayır.

APA xəbər verir ki, bu barədə Əfqanıstanda hakimiyyətdə olan Talibanın Baş nazirinin müavini Molla Əbdül Qani Baradar mətbuat konfransında deyib.

“Əfqanıstan təsirə məruz qalmış ölkədir, biz hamı ilə yaxşı münasibətlər qurmaq istəyirik. Biz istəyirik ki, hamı Əfqanıstana sərmayə qoysun”, - o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR