Taliban İranla danışıq aparmağa hazırlaşır

Taliban İranla danışıq aparmağa hazırlaşır
# 23 aprel 2022 09:03 (UTC +04:00)

Taliban hakimiyyəti Hilmənd çayından gələn suyun tənzimlənməsi üçün İranla danışıqlara hazırdır.

APA-nın xəbərinə görə, bunu ölkənin mədəniyyət və informasiya naziri İnamulla Samanqani yerli televiziyaya bildirib.

Samanqani deyib ki, Əfqanıstan problemi dialoq yolu ilə həll etmək niyyətindədir. Əfqanıstan Hilmənd çayının suyunun bölünməsinə dair 1973-cü il sazişinin tələblərini yerinə yetirir.

Qeyd edək ki, İranın bəzi əyalətlərində su problemi güc strukturları ilə toqquşmalara səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR