“Taliban” Osloda bir daha Əfqanıstanın bütün əfqanların ümumi evi olduğunu bəyan edib

“Taliban” Osloda bir daha Əfqanıstanın bütün əfqanların ümumi evi olduğunu bəyan edib
# 23 yanvar 2022 23:50 (UTC +04:00)

Yanvarın 23-də Norveç Krallığının paytaxtı Osloda “Taliban”ın müvəqqəti hökumətinin rəsmiləri ilə bəzi əfqan ictimai və siyasi qüvvələri arasında görüş keçirilib.

APA-nın məlumatına görə, bu barədə “Taliban”ın informasiya və mədəniyyət nazirinin müavini Zəbihullah Mücahid “Twitter” səhifəsində yazıb.

Bildirilib ki, məsləhətləşmələrin yekunlarına dair müvafiq birgə bəyanat imzalanıb: “Tərəflər səbirlə bir-birinin fikirlərini dinləyib, ölkədəki mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Onlar Əfqanıstanın bütün əfqanlar üçün ümumi ev olduğunu bir daha təsdiqləyib və siyasi, iqtisadi nəticələrə nail olmaq, eləcə də təhlükəsizlik vəziyyətini yaxşılaşdırmaq üçün hamılıqla birgə səy göstərilməsinin vacibliyini vurğulayıblar”.

Bəyanatda, həmçinin, vurğulanıb ki, qarşılıqlı anlaşma və birgə əməkdaşlıq Əfqanıstanın bütün problemlərinin yeganə həll yoludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR