“Taliban” qvvələrilə şübhəli şəxslər arasında atışma olub, bir nəfər ölüb - YENİLƏNİB

“Taliban” qvvələrilə şübhəli şəxslər arasında atışma olub, bir nəfər ölüb - YENİLƏNİB
# 10 yanvar 2022 01:14 (UTC +04:00)

Yanvarın 9-da Əfqanıstanın paytaxtı Kabildə “Taliban”nın təhlükəsizlik qüvvələri ilə adam oğurluğunda şübhəli bilinən şəxslər arasında baş verən atışmada azı bir nəfər ölüb.

APA-nın məlumatına görə, bu barədə “Taliban”nın informasiya və mədəniyyət nazirinin müavini Zəbihullah Mücahid “Twitter” səhifəsində yazıb.

O, adam oğurluğunda şübhəli bilinən şəxslərə qarşı xüsusi əməliyyatın başa çatdığını bildirib.

Yerli medianın məlumatına görə, paytaxtın qərb hissəsində hələ də atəş səsləri eşidilməkdədir.

***

23:10

Yanvarın 9-da Əfqanıstanın paytaxtı Kabilin qərb hissəsində bir neçə partlayış baş verib.

APA xəbər verir ki, bu barədə yerli “Weesa” qəzeti məlumat yayıb.

Bildirilib ki, həmçinin, Kabil Politexnik Universitetinin ərazisində atışma səsləri eşidilib.

Hadisənin digər təfərrüatları hələlik açıqlanmayıb.

Hakimiyyətdə olan “Taliban” nümayəndələri də insidentlə bağlı şərh verməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR