“Taliban” və Türkmənistan sərhədçiləri arasında silahlı insident baş verib

“Taliban” və Türkmənistan sərhədçiləri arasında silahlı insident baş verib
# 03 yanvar 2022 22:50 (UTC +04:00)

“Taliban” və Türkmənistan sərhədçiləri arasında dövlət sərhədində silahlı toqquşma baş verib.

APA xəbər verir ki, bu barədə Əfqanıstanın "Hasht-e subh" qəzeti məlumat yayıb.

Əfqanıstanın şimalında yerləşən Cuzcan əyalətinin informasiya və mədəniyyət şöbəsinin rəhbəri Hilal Bəlxi bildirib ki, hadisə 3 gün əvvəl olub: “Üç gün əvvəl Türkmənistanın sərhəd xidmətinin əməkdaşları bir mülki şəxsi öldürüb, digərini isə döyüb.
“Taliban” döyüşçüləri insidentin araşdırılması zamanı onların hərəkətlərinə cavab olaraq atəş açıblar”.

Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.

Qeyd edək ki, Türkmənistan sərhədçiləri ilə “Taliban” arasında atışma bazar ertəsi səhər Cuzcan vilayətinin Həmab rayonunda baş verib.

Xatırladaq ki, ötən ilin dekabrında Əfqanıstan-İran və Əfqanıstan-Pakistan sərhədlərində də “Taliban” silahlıları ilə oxşar hadisələr baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR