Tanzaniyada həbsdə olan 16 iranlı dənizçi azad edilib

Tanzaniyada həbsdə olan 16 iranlı dənizçi azad edilib
# 12 noyabr 2022 12:18 (UTC +04:00)

Tanzaniyada həbsdə olan 16 iranlı dənizçi azad edilib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyi elan edib.
Bildirilir ki, Tanzaniyada həbsdə olan Sistan və Bəlucistandan olan 16 dənizçi İran İslam Respublikasının Xarici İşlər Nazirliyi və Tanzaniyadakı səfirliyinin səyləri ilə azad edilib və bu gün səhər geri qaytarılıb.

Qeyd edək ki, təxminən 10 il əvvəl Tanzaniya polisi tərəfindən Hind okeanında müxtəlif ittihamlarla həbs edilib. Onlar indiyə qədər Darüs-Salam şəhərində həbsxanada olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR