Tayvan adasında 17 Çin döyüş təyyarəsi və 5 gəmi görünüb

Tayvan adasında 17 Çin döyüş təyyarəsi və 5 gəmi görünüb
# 17 avqust 2022 01:48 (UTC +04:00)

ABŞ-ın yüksək səviyyəli rəsmilərinin Tayvana səfərindən sonra bölgədə gərginlik artmaqda davam edir.

APA xəbər verir ki, Tayvan Müdafiə Nazirliyi adanın ətrafında Çinə məxsus 17 döyüş təyyarəsi və 5 döyüş gəmisinin göründüyünü açıqlayıb.

Təyyarələrdən 10-nu Tayvan boğazında hava və dəniz xəttinin şərqinə və cənub-qərb hissəsinə uçdub.

Açıqlamada Çin hava və dəniz vasitələrinin elektron izləmə vasitələri, patrul təyyarələri, gəmilər və yer raket sistemləri ilə izləndiyi qeyd edilib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin ayın əvvəlindəki səfərindən sonra Çin ordusu ada ətrafında hərbi təlimlərə başlayıb.

7 gün davam edən təlimlər adanın ətrafında faktiki blokada yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR