Tayvan rəhbərləri maaşlarını Türkiyədə xilasetmə işlərinə bağışlayacaq

Tayvan rəhbərləri maaşlarını Türkiyədə xilasetmə işlərinə bağışlayacaq
# 09 fevral 2023 11:21 (UTC +04:00)

Tayvan Prezidenti Tsai İnq-ven və vitse-prezident Uilyam Lai bir aylıq əmək haqlarını Türkiyənin zəlzələdən xilasetmə səyləri üçün bağışlayacaqlar.

APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Prezident Ofisi məlumat yayıb.

“Türkiyənin ölkəni ən qısa zamanda yenidən bərpasına kömək etmək üçün öz üzərlərinə düşəni edəcəklərinə ümid edirlər”, - prezident ofisinin bəyanatında deyilir.

Türkiyənin əksər ölkələr kimi, Tayvanla diplomatik əlaqələri yoxdur, lakin hər iki ölkənin bir-birinin paytaxtlarında de-fakto səfirlikləri var, İstanbul və Taypey arasında birbaşa uçuşlar həyata keçirilir.

Tsai bu gün başsağlığı kitabını imzalamaq üçün Türkiyənin Taypeydəki de-fakto səfirliyini ziyarət edib.

“Ürəyim türk dostlarımızladır. Tayvan Türkiyənin yanındadır!”, - Tayvan Prezidenti matəm kitabına yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR