Tayvanda zavodda yanğın olub, doqquz nəfər ölüb - YENİLƏNİB

Tayvanda zavodda yanğın olub, doqquz nəfər ölüb - YENİLƏNİB
# 25 sentyabr 2023 04:29 (UTC +04:00)

Tayvanın cənubundakı zavodda yanğın zamnı ölənlərin sayı artıb.

APA xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Haisədə ölənlərin sayı doqquza çatıb.

***

Saat 00:56

23.09.2023

Tayvanın cənubundakı zavodda yanğın olub.

APA xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Hadisə nəticəsində dörd nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Dağıntılar altında 6 nəfərin qaldığı deyilir.

Ölənlərin hamısı yanğınsöndürmə xidmətinin əməkdaşlarıdır.

Şəhər rəhbərliyinin verdiyi açıqlamada bildirilir ki, 102 nəfər tibbi yardıma müraciət edib: onlardan 58-i orta ağır, daha 25-i ağır bədən xəsarətləri alıb. Məlumata görə, azı 20 zərərçəkmiş reanimasiya və ya reanimasiya şöbələrindədir.

Bələdiyyə orqanlarının məlumatına görə, yaralananlar arasında iki əcnəbi də var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR