Təbrizdə binanın çökməsi nəticəsində ölənlərin sayı 5-ə çatıb 

Təbriz

© APA | Təbriz

# 22 dekabr 2021 13:50 (UTC +04:00)

Təbrizdə binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

APA-nın Tehran bürosunun məlumatına görə, hadisə nəticəsində 15 nəfər xəsarət alıb.

Qeyd edək ki, ötən gün Təbrizin Şəhid Behişti küçəsində 5 mərtəbəli bina qaz partlaması nəticəsində çöküb. Partlayış nəticəsində qonşuluqda olan daha iki binaya ziyan dəyib. Bundan öncə hadisə nəticəsində 12 nəfərin xəsarət aldığı bildirilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR