Tehranda polis əməkdaşı öldürülüb

Tehranda polis əməkdaşı öldürülüb
# 04 sentyabr 2022 12:24 (UTC +04:00)

İranın paytaxtı Tehranda polis əməkdaşı öldürülüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu gün səhər Sepah meydanında evdən oğurluq edən şəxs və polis arasında qarşıdurma baş verib.

Oğru polisi bıçaqla yaralayıb. Xəstəxanaya çatdırıldıqdan sonra polis həyatını itirib.

Oğru qətli törətdikdən sonra qaçmaq istəsə də polis tərəfindən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR