Tokayev Qazaxıstanda vəziyyətin tam sabitləşdiyini açıqlayıb

Kasım-Jomart Tokayev

© APA | Kasım-Jomart Tokayev

# 27 yanvar 2022 15:46 (UTC +04:00)

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Təhlükəsizlik Şurasının iclasında ölkədə vəziyyətin tam sabitləşdiyini və asayişin bərpa olunduğunu bəyan edib.

APA-nın “RİA-Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı dövlət başçısının mətbuat xidməti yayıb.

Bəyanatda qeyd olunub ki, hazırda ölkədə vəziyyət tamamilə sabitləşib, asayiş bərpa olunub: ‘Dövlət, cəmiyyət və fərdi mühafizə səviyyəsinin yüksəldilməsi üçün bütün tədbirlər görülür’.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR