Tokayev Roma Papasına dombra bağışlayıb

Tokayev Roma Papasına dombra bağışlayıb

© APA | Tokayev Roma Papasına dombra bağışlayıb

# 15 sentyabr 2022 16:13 (UTC +04:00)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Roma Papası Fransiskə səfər xatirəsi olaraq dombra hədiyyə edib.

APA “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, daha sonra Prezident pontifiki şəxsən aeroporta yola salıb.

O, Qazaxıstan səfərinə görə, Papaya təşəkkürünü bildirib: “Sizin dünya ictimaiyyətinə müraciətiniz milyonlara insana ümid və inam bəxş etdi”.

Qeyd edək ki, pontifik Dünya din liderlərinin VII Qurultayı çərçivəsində 14-15 sentyabr tarixlərində Qazaxıstanda səfərdə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR