Tokio-Paris reysi ilə uçan təyyarə quşla toqquşaraq ciddi zədə alıb - FOTO

Tokio-Paris reysi ilə uçan təyyarə quşla toqquşaraq ciddi zədə alıb - FOTO
# 29 may 2023 00:22 (UTC +04:00)

“Air France” şirkətinin Tokio-Paris reysi ilə uçan “Airbus A350” tipli təyyarəsi startdan 356 dəqiqə sonra Tokio aeroportuna qayıdıb.

APA-nın “Figaro”ya istinadla xəbərinə görə, buna səbəb hava gəmisinin Sakit okean üzərində quş sürüsü ilə toqquşması olub.

Hadisə nəticəsində təyyarənin burun hissəsi, o cümlədən meteoroloji radar və sürətölçən sıradan çıxıb. Gəmi komandiri Tokioya qayıtmağa qərar verib. Təyyarədəki 324 sərnişin və heyət üzvləri arasında xəsarət alan yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR