"Traktor"un keçmiş futbolçusuna 26 il həbs cəzası verilib

"Traktor"un keçmiş futbolçusuna 26 il həbs cəzası verilib
# 09 yanvar 2023 17:07 (UTC +04:00)

İranlı futbolçu, Təbrizin "Traktor" klubunun keçmiş müdafiəçisi Əmir Nəsr Azadani etiraz aksiyalarında iştirak etdiyi üçün həbs cəzası alıb.

APA “Tasnim”ə istinadən xəbər verir ki, məhkəmə son qərarında edam hökmünü 26 il həbs cəzası ilə əvəzləyib.

Futbolçu 3 maddə üzrə təqsirli bilinib və qanuna görə, həbs cəzalarını eyni zamanda çəkəcəyi üçün futbolçu 16 il həbsdə olacaq.

Qeyd edək ki, 26 yaşlı futbolçu sonuncu dəfə İranın “İrancavan” klubunda çıxış edib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR