Tripolidə aviazərbələr nəticəsində 90-dan çox hökumət qüvvələrinin hərbçisi ölüb

Tripolidə aviazərbələr nəticəsində 90-dan çox hökumət qüvvələrinin hərbçisi ölüb
# 23 sentyabr 2019 05:46 (UTC +04:00)

Feldmarşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusunun (LMO) paytaxt Tripoliyə hava zərbələri nəticəsində Liviyanın hökumət qüvvələrinin 90-dan çox hərbçisi ölüb, 150 nəfər yaralanıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu bazar günü LMO-nun mətbuat katibi, briqada generalı Xalid əl-Mahjub deyib.

"Döyüşlərdə paytaxt birləşmələrinin bir neçə lideri öldürüldü", açıqlamasını verən Əl-Mahjubun sözlərinə görə, silah və sursat olan anbarlara hücum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR